AZ

Ramazan ayının iyirmi altıncı gününün imsak, iftar və namaz vaxtları

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sabah Ramazan ayının iyirmi altıncı günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 26-da imsak vaxtı saat 05:07-da, iftar vaxtı isə 19:13-dədir.
Martın 26-ı üçün namaz vaxtları:
Sübh azanı 05:12
Zöhr azanı 12:46
Əsr azanı 17:10
Məğrib azanı 19:13
İşa azanı 20:15
İyirmi altıncı günün imsak vaxtı üçün duanı təqdim edirik:
"Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin!"
Tərcüməsi:
"İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyiblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!"
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!"
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"
Allah orucunuzu qəbul eləsin!
Seçilən
41
43
oxu.az

10Mənbələr