AZ

“Azəriqaz” kartlarında problem yarandı: Əhali qazsız qaldı

“Azəriqaz” smart kartlarında yaranan problem qismən aradan qalxıb.

İstifadəçilərin bildirdiyinə görə, artıq bəzi kartları terminallar “oxuya” bilir və nəticədə balansı artırmaq mümkün olur.

Problemin tam halda nə zaman aradan qalxacağı açıqlanmayıb.

Məsələ ilə bağlı “Azəriqaz”a sorğu göndərilib.

***

Terminallarda “Azəriqaz”a məxsus smart kartla ödəniş etməkdə çətinlik yaranıb.

KONKRET.az xəbər verir ki, bu barədə Axar.az-a smart kart istifadəçiləri məlumat verib.

Belə ki, smart kartı terminallara ödəniş etmək üçün yaxınlaşdırdıqda ekranda ya balansın sıfır olduğu, ya da istifadəçinin tapılmadığı bildirilir.

Şikayətçilərin sözlərinə görə, onlara bu gün 15:00-a qədər texniki problemin həll ediləcəyi deyilsə də, hələ də heç bir dəiişiklik yoxdur.

Seçilən
18
1
konkret.az

10Mənbələr