AZ

Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə yaxşı oynadıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İlk dəqiqələrdə futbolçularım müdafiəyə meyilli oynayırdılar".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernando Santuş Belarus yığmasına qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında deyib.
70 yaşlı mütəxəssis məğlubiyyətin səbəbini izah edib:
"İlk hissədə hər iki komanda intensivlik göstərdi. İlk dəqiqələrdə futbolçularım müdafiəyə meyilli oynayırdılar. Tapşırıqlarımızdan sonra hücuma atılmağa başladılar. Balanslı oyun getdi, buna baxmayaraq, iki qol buraxdıq. İkinci hissədə yaxşı oynadıq".
Qeyd edək ki, Masazırdakı "Bank Respublika Arena"da baş tutan Azərbaycan - Belarus görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Anar Həsənov
Seçilən
28
50
oxu.az

10Mənbələr