Martın 25-də polis əməkdaşları itkin düşən 13 nəfəri tapıb
Ötən gün respublika üzrə itkin düşən 13 nəfər tapılıb.
Bu barədə Operativ Media-ya DİN-dən məlumat verilib.
Bildirilib ki, martın 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verib.