AZ

"Tesla"ya hücumların arxasında Soros var?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ-də "Tesla" şirkətinə qarşı tez-tez baş verən hücumların maliyyələşdirilməsinin arxasında maliyyəçi Corc Soros və digər liberal milyarderlər dura bilərlər".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Newsmax" televiziya kanalına müsahibəsində bildirib.
O, jurnalistin müvafiq sualını cavablandıraraq buna inandığını vurğulayıb.
Bu sahibkarlardan bəziləri Trampa qarşı məhkəmə işlərində iştirak ediblər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən bəri "Tesla" obyektlərinə qarşı onlarla vandalizm aktı törədilib. "Tesla" sahibi Mask bu hərəkətləri terror aktı adlandırıb.
Seçilən
78
27
oxu.az

10Mənbələr