“Böyük məmnuniyyətlə Zaurun Təhminəsi olaram”.
KONKRET.az olay-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.
Abıyeva yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin motivləri əsasında rejissor Rasim Ocaqovun 1993-cü ildə lentə alınan “Təhminə” filmi ilə bağlı bu fikirləri səsləndirib:
““Təhminə” filmi cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da belə amma bu günə qədər ən çox sevilən azərbaycan filmlərindən biridir. Hansı səhnə orada olursa olsun əsər o qədər gözəl əsərdir ki, o zaman onu o qədər gözəl çəkiblər ki, o film efirdə nümayiş olunanda kanalı çevirmirəm”.