Rusiyanın Lukoyl neft şirkəti kütləvi haker hücumuna məruz qalıb, işçilərdən kompüterlərini yandırmamaq və iş xidmətlərindən istifadə etməmək istənilib. Hafta.az bildirir ki, bu barədə SHOT xəbər verir.
"Bu gün səhər tezdən neft şirkətinin xidmətləri hakerlər tərəfindən hücuma məruz qalıb", - mesajda deyilir.
Qeyd olunur ki, artıq loqin və şifrəsini daxil etmiş əməkdaşlardan dərhal sistemdən çıxmaları tələb olunub.
Şirkətin Moskvadakı Sretenski bulvarı, Yakimanka və Pokrovski bulvarındakı ofislərinin işinin iflic olduğu da məlumdur.
İşçilərin sözlərinə görə, “Lukoil” işçiləri elektron keçidlərdən istifadə edə bilmirlər və təhlükəsizlik məlumatları əl ilə yoxladıqdan sonra insanları ofislərə buraxır.
Benzinin pulunu kartla ödəyə bilməyən yanacaqdoldurma məntəqələrinin müştəriləri də problem yaşayır.