AZ

Azərbaycanın daha bir millisi Belarusa uduzdu

  Azərbaycanın daha bir millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub.

 Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yerli yığma ilə ikinci yoxlama görüşünü keçirib. Matç rəqib komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, İlham Yadullayevin rəhbərlik etdiyi komanda 3 gün əvvəl ilk yoxlama görüşündə də Belarus yığmasına eyni hesabla uduzub./Teleqraf  

Seçilən
16
1
referans.az

2Mənbələr