AZ

Rusiya bankları SWIFT sisteminə qaytarılacaq

ABŞ və Rusiya arasında Qara dənizdə atəşkəslə bağlı əldə olunmuş razılaşmanın müddəalarından biri də Rusiya banklarının beynəlxalq SWIFT sisteminə qaytarılmasıdır.

AzPost bildirir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) – beynəlxalq banklararası maliyyə telekommunikasiya sistemidir və qlobal miqyasda təhlükəsiz ödəniş mesajlaşmasını təmin edir. Bu sistem vasitəsilə banklar və maliyyə institutları arasında sürətli və etibarlı pul köçürmələri həyata keçirilir.

Seçilən
105
2
azpost.info

3Mənbələr