Mingəçevir su anbarında zəlzələ olub...
Poliqon xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Mingəçevir stansiyasından 46 km şimal-şərqdə, Samux rayonunda (Mingəçevir su anbarı) yeraltı təkan qeydə alınıb.
Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
***
Samux rayonunda 3.6 maqnitudada zəlzələ olub.
Poliqon xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 17:09-da 10 kilometr dərinlikdə qeydə alınıb.
Poliqon.info