1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
43 yaşlı Tapdıq Əzizov 13-cü dəfə cinayət məsuliyyətinə cəlb edilib. Bu dəfə o, bankomatların qarşısında 3 nəfəri aldadaraq pullarını ələ keçirib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, Tapdıq Əzizov Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə təqsirli bilinib.
T.Əzizov bankomatın qarşısında gözləyərək kartlarından pul çıxarmaq istəyən 3 nəfəri aldadıb. Belə ki, pul çıxarmaq üçün bankomata yaxınlaşan şəxslərə kömək etmək üçün onlardan kartını alıb. Kartın şifrəsini yığdıqdan sonra həmin şəxslərə bankomatda pul olmadığını deyərək oradan uzaqlaşdırıb. Lakin həmin ərəfədə kartdan pul çıxarılması əməliyyatını həyata keçirib. O, əldə etdiyi məbləğləri şəxsi ehtiyaclarına xərcləyib.
Dəfələrlə məhkum olunduğunu deyən T.Əzizov əməlindən peşman olduğunu bildirib.
Daha əvvəl oğurluq, talama, qəsdən sağlamlığa zərər vurma və başqa maddələrlə məhkumluq həyatı yaşayan T.Əzizov bununla 13-cü dəfə məsuliyyətə cəlb edilib.
Əzizov budəfəki cinayət əməlinə görə 3 il azadlıqdan məhrum edilib.