AZ

HƏMAS-ın sözçüsü Qəzzada öldürüldü

İsrailin Qəzza zolağının şimalına endirdiyi hava hücumu nəticəsində HƏMAS sözçüsü Əbdül Lətif əl-Qanua öldürülüb.

KONKRET.az“APA”ya istinadən xəbər verir ki, bu haqda əl-Əqsa telekanalı məlumat yayıb.

“əl-Cəzira” telekanalının məlumatına görə, Əbdül Lətif əl-Qanua İsrailin hava hücumlarına məruz qaldığı zaman Cəbəliyə şəhərində çadırda olub. Fələstinin “Quds News Network” agentliyi HƏMAS nümayəndəsinin cəsədinin fotosunu da dərc edib.

“əl-Cəzirə” xəbər verir ki, İsrailin martın 26-da Qəzzanın şimalına hücumu nəticəsində azı 26 nəfər həlak olub.

Seçilən
22
31
konkret.az

10Mənbələr