AZ

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Martın 26-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Operativ Media-ya DİN məlumat verib.

​Axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

​Bildirilib ki, narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

​Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Seçilən
78
19
operativmedia.az

10Mənbələr