“BAE Systems” və “Repkon USA” şirkətləri qabaqcıl döyüş sursatlarının inkişafı və istehsalı ilə bağlı əməkdaşlıq etmək üçün Anlaşma Memorandumu imzalayıb.
“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, razılaşma çərçivəsində iki şirkət birlikdə sursatların vuruş məsafəsi, dəqiqliyi və performansını artırmaq yollarını araşdıracaq.
Bildirilib ki, şirkətlərin məqsədi texnologiya və istehsal sahəsində təcrübə mübadiləsini təmin etməklə, partlayıcı maddələrin və barıtın istehsal proseslərini sadələşdirmək və sürətləndirməkdir. Bu əməkdaşlıq artan qlobal tələbatı qarşılamaq üçün istehsal gücünü sürətlə genişləndirməyə imkan yaradacaq.