AZ

Zelenski: Rusiya Ukraynaya yeni hücuma hazırlaşır

Rusiya Ukraynanın Sumı və Xarkov bölgələrinə hücum etməyə hazırlaşır və bunun üçün vaxt udmağa çalışır. 

SeherXeber.org xəbər verir ki, bunu “Le Figaro”ya müsahibəsində Ukrayna  prezident Volodimir Zelenski deyib .

"Təsdiq edə bilərəm ki, Putin vaxt udmağa və yaz hücumuna hazırlaşır. Biz bu gələcək əməliyyata hazırlıq görürük. Biz kəşfiyyat məlumatlarını müttəfiqlərimizlə paylaşmışıq", - Zelenski deyib.

O, Putinin Sumı və Xarkov vilayətlərində səkkiz ay əvvəl başlamaq istədiyi yeni hücuma hazırlaşdığını qeyd edib:

“Putn 8 ay əvvəl bu əməliyyata başlamaq istəyirdi, lakin biz Kursk vilayətinə müdaxiləmiz sayəsində buna mane olduq. Ona görə də bu gün ona vaxt lazımdır".

Mürtəza

SeherXeber.org

Seçilən
51
23
seherxeber.org

10Mənbələr