Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi hakim "Xalqın xidmətçisi" partiyasının Nikolayev (ukraynaca: Mykolayiv) şəhər şurası üzrə fraksiya sədri olub.
Ramil Ağabəyov əslən Azərbaycanın Salyan rayonundandır. O, Ukrayna Azərbaycanlıları Radasının Nikolayev vilayəti üzrə təmsilçisi olan Zaur Ağabəyovun oğludur. Ramil Ağabəyov indiyədək Nikolayev şəhər şurasının deputatı kimi fəaliyyət göstərib. Eyni zamanda, partiyanın vilayət üzrə gənclər qolunun rəhbəri və Nikolayev rayonu hərbi administrasiyasının başçısıdır.
Yeni təyinat fraksiyanın geniş iclasında elan olunub. Tədbirdə Ukrayna Ali Radasının deputatları, yerli idarəetmə orqanlarının nümayəndələri və Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim də iştirak ediblər.
Qeyd edək ki, partiyanın şəhər fraksiyasına rəhbərlik edən Tatyana Dombrovska ailə vəziyyəti ilə əlaqədar istefa verdikdən sonra bu vəzifəyə seçki keçirilib və Ramil Ağabəyov yeni fraksiya sədri olub.
Bu təyinat Ukraynada fəaliyyət göstərən azərbaycanlı diasporunun cəmiyyətə inteqrasiyası və ictimai-siyasi həyatda fəallığının nümunəsi kimi qiymətləndirilir.

10Mənbələr
-
news24.azAzərbaycanlı Zelenskinin partiyasında vəzifəyə seçildi ( 16227163)
-
senzor.azAzərbaycanlı Ramil Ağabəyov Zelenskinin partiyasında vəzifəyə seçildi ( 16227253)
-
news365.azAzərbaycanlı Zelenskinin partiyasında vəzifəyə seçildi ( 16225827)
-
buta.tvAzərbaycanlı Zelenskinin partiyasında vəzifəyə seçildi ( 16225479)
-
axar.azAzərbaycanlı Zelenskinin partiyasında vəzifəyə seçildi ( 16225455)
-
editor.azAzərbaycanlı gəncə Ukraynada yüksək vəzifə verildi – FOTO ( 16224181)
-
metbuat.azRamil Ağabəyov Ukraynada yüksək vəzifəyə seçildi ( 16224141)
-
demokrat.azAzərbaycanlı gəncə Ukraynada yüksək vəzifə verildi — FOTO ( 16223453)
-
moderator.azRamil Ağabəyov Zelenskinin partiyasında vəzifəyə seçildi ( 16223335)
-
hakimiyyet.azRamil Ağabəyov Zelenskinin partiyasında vəzifəyə seçildi ( 16223271)