1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Niderlandın paytaxtı Amsterdamda naməlum şəxs bıçaqlı hücum edib, beş nəfər yaralanıb.
Oxu.Az "De Stentor"a istinadən xəbər verir ki, bu barədə yerli polis "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunur ki, hadisə Kral sarayının yerləşdiyi mərkəzi Dam meydanından iki məhəllə aralıda baş verib.
Hadisə yeri mühasirəyə alınıb, ora təkcə təcili yardım maşınları deyil, həm də tibbi helikopter gəlib.
Hadisəni törədən şəxsin saxlanıldığı qeyd olunur. Hücumun motivi məlum deyil.