AZ

Yaşar Gülər: Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir

Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Çanaqqalada Amfibiya Korpusu Komandanlığında bayram namazını qıldıqdan sonra müraciətində deyib.

O bildirib ki, Türkiyə Azərbaycan, Şimali Kipr, Liviya, Qətər, Somali, Kosovo, Bosniya-Herseqovinada, habelə bir sıra bölgələrdə qardaş, dost və müttəfiq ölkələrin haqlı mübarizələrinə dəstək verməyə davam edir: "Beləliklə, Türkiyə qlobal sülh və sabitliyə töhfə verir".

Nazir söyləyib ki, Türkiyə Silahlı Qüvvələri bu fəaliyyətlərlə yanaşı, həm də genişmiqyaslı təlimlər keçirir.

Seçilən
140
16
far.az

10Mənbələr