AZ

Bu baş verərsə, Zelenski Trampdan ƏLİNİ ÜZƏCƏK

Ukrayna Prezidenti Voladimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyanı enerji ilə bağlı atəşkəsin şərtlərini pozduğuna görə qınamayacağı təqdirdə ona etibarını dayandıracağını deyib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna televiziyasında müsahibəsində bildirib.

"Əgər ruslar hansısa razılaşmaları pozarsa və Amerika buna effektiv cavab verirsə, o zaman biz hamımız Amerikaya güvənirik və biz prezidentə güvənirik. Amma əgər pozurlarsa və bunun üçün onlara heç nə edilmirsə və heç bir sanksiyalar yoxdursa, əksinə, sanksiyaların yumşaldılmasını müzakirə edirlərsə, burada söhbət etimaddan yox, bundan sonra bütün bunları nə etməkdən gedir.", - deyə Zelenski bildirib.

Martın 18-də Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla telefon danışığı zamanı ABŞ-ın Moskva və Kiyevin 30 gün ərzində enerji infrastrukturu obyektlərinə hücumlardan qarşılıqlı imtinası barədə təklifinə razılıq verib .

Seçilən
41
49
publika.az

10Mənbələr