Tanınmış "Aşk sana benzer", "Sen", "Gittin gideli" kimi mahnıları ilə böyük pərəstişkar kütləsi qazanan məşhur türkiyəli müğənni Koray Avcı yeni həyatı ilə gündəm olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 35 yaşlı müğənni şəhər həyatından sıxılaraq dincliyi təbiətdə axtaranlar sırasındadır.
Məlumata görə, Koray Avcı radikal qərar verib və həyatına gəmidə yaşayaraq davam etməyə üstünlük verib.
"Avcı" adını verdiyi gəmisində yaşayan sənətçi bununla bağlı açıqlama verib.
"Atam üçün yelkənli gəmi almışdım. Ona istifadə etmək nəsib olmadı, mənə qaldı. Kapitan olmağa qərar verdim və təlim keçdim", - deyə o qeyd edib.
Yay aylarını gəmisində keçirən Koray Avcı sahilə yalnız ehtiyacları üçün çıxır. O, dostları ilə görüşmək və alış-veriş etmək istisna olmaqla, bütün vaxtını gəmisində keçirir.
"Dənizdə yaşayıram. Ora artıq mənim evimdir. Gəmi ilə məşğul oluram. Tək qalmaq istədim. Bir dünya turu deyil, amma qırx yaşlarına gəldiyim zaman Aralıq dənizi turu etmək istəyirəm", - deyə müğənni həmçinin daha əvvəlki açıqlamasında bildirmişdi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)