AZ

Ukrayna ABŞ ilə minerallar üzrə saziş layihəsinin şərtlərini dəyişmək niyyətindədir

Ukrayna rəsmi Kiyev və Vaşinqton arasında minerallar üzrə saziş layihəsinə düzəlişlər edə bilər.

Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən yazır.

"Müzakirələr hər iki tərəf arasında davam edir və yekun layihədə şərtlərdə dəyişikliklər edilə bilər. Ukrayna bu həftə ABŞ sənədinə öz düzəlişləri ilə cavab verəcək", - məlumatda deyilir.

Eyni zamanda Kiyevin saziş layihəsində konkret olaraq nəyi dəyişə biləcəyi barədə məlumat verilmir.

Qeyd edilir ki, bundan əvvəl Rada deputatı Yaroslav Jeleznyak bildirmişdi ki, Ukrayna və ABŞ arasında saziş layihəsi neft və qaz daxil olmaqla bütün faydalı qazıntılara şamil olunacaq. Onun sözlərinə görə, Kiyev və Vaşinqton arasında bağlanacaq müqavilə həm yeni, həm də artıq işlənən bütün faydalı qazıntıları əhatə edir.

Seçilən
4
1
day.az

2Mənbələr