1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Beyləqan rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Xəyal Əsgər oğlu Bilalov avtomobilin idarəetməsini itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb.
Hadisə zamanı sürücü xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.