AZ

"Bosniya və Hersoqovinaya məğlubiyyət sanki uşaqları ayıltmışdı" - İlqar Aslanov

19 yaşadək futzalçılardan ibarət millimizin baş məşqçisi İlqar Aslanov Avropa çempionatının əsas mərhələsində Xorvatiya ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, o, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında əvvəlcə 3:3 hesabı ilə başa çatan matçı şərh edib:
“Xorvatiya millisi Avropanın güclü komandalarından biridi. Çətin görüş olacağını bilirdik. İlk oyunda Bosniya və Hersoqovinaya məğlubiyyət də sanki uşaqları ayıltmışdı. Çünki həmin görüşdən fərqli olaraq bu dəfə rəqibdən çəkinmədilər. Hətta hesabı onlar açsa da, ardıcıl qollar vurmağımız uşaqları daha da həvəsləndirdi, özünəinamı artırdı. Əzmkarlıq göstərdik. Rəqibi də yaxşı öyrənmişdik. Bilirdik ki, ilk saniyələrdən pressinq edəcəklər. Bu təzyiqə hazır idik və bizim də öz cavablarımız oldu".

Baş məşqçi komandasının bundan sonra daha inamlı olacağını qeyd edib:
"Qazanılan xala görə komandamı təbrik edirəm. Bu, U-19-un tarixində əsas mərhələdə qazanılan ilk xaldı. Oyunlar çox keçirdikcə, uşaqlarda inam artacaq, təcrübədə qazanacağıq, nəticələrimiz də yaxşı olacaq”.
Seçilən
43
5
football-plus.az

10Mənbələr