AZ

Sabah Günəş tutulacaq

Bu ilin ilk Günəş tutulması sabah baş verəcək.

Herbiand.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən  məlumata görə, bu, qismən Günəş tutulmasıdır.

Astronomik hadisə martın  29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

Bu tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq.

 

Seçilən
28
49
herbiand.az

2Mənbələr