AZ

Timati üçüncü dəfə ata olacaq 

Müğənni Timur Yunusov (Timati) və model Valentina İvanova körpə gözləyir. 

Ölkə.az xəbər verir ki, bu barədə “StarHit” nəşri cütlüyün yaxınlarına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İvanova hamiləliyin ilkin mərhələsindədir və problemsiz davam edir. Məşhurların yaxınları qeyd edib ki, müğənni və model xoşbəxtdir.

Qeyd edək ki, Timati heç vaxt evlənməyib, lakin əvvəlki münasibətlərindən onun iki övladı var. 2014-cü ildə sənətçinin model Alena Şişkovadan Alisa adlı qızı dünyaya gəlib. 2019-cu ildə onun bloger Anastasiya Reşetovadan Ratmir adlı oğlu var.

Həmidə İbrahimova

Seçilən
168
1
olke.az

2Mənbələr