Rusiya müharibənin 1129-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 660 təyyarəsi, 283 helikopteri, 48 879 PUA-sı, 601 zenit-raket kompleksi, 22 554 tank və digər zirehli texnikası, 1 532 reaktiv yaylım atəş sistemi, 23 051 artilleriya və minaatanı, 33 475 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.