“Sotheby’s” hərrac evi Maykl Cordanın ilk oyun formasını inanılmaz qiymətə – 4,250 milyon dollara satıb.
Referans.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Qeyd olunur ki, bu lot basketbolçunun 1984/85 mövsümündə NBA-da debüt etdiyi orijinal oyun formasıdır. Dəyər baxımından bu, bu auksionda satılan beşinci formadır.
Bunun həqiqətən də Cordanın ilk oyun forması olduğunu təsdiqləmək üçün “Sotheby’s” “MeiGray” şirkətindən rəy alıb. Oyunların foto və video çəkilişləri əsasında müvafiq ekspertiza həyata keçirilib.
Bu xüsusi forma sonuncu dəfə 2009-cu ildə “Grey Flannel Auctions”da 66.000 dollara satılıb./publika.az