
Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.“Ulusum”.az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.Bildirilib ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır.Qeyd olunub ki, fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.
Diqqət Çəkənlər
Kral III Çarlz xərçəng müalicəsinin yan təsirlərindən əziyyət çəkir
Myanmadakı Zəlzələ: məktəbin dağıntıları altında 5 uşağın meyiti tapılıb
Azərbaycanda həkim faciəli şəkildə dünyasını dəyişib