Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.
Gundem.az xəbər verir ki, Aİ müşahidəçilər martın 28-də növbəti dəfə Qubadlı və Laçın rayonları ilə həmsərhəd əraziyə gəlib, binoklla müşahidə aparıblar.
Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.