“Əl-Nəsr”in baş məşqçisi Stefano Pioli postunu tərk edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Sportitalia" məlumat yayıb.
Bildirilir ki, italiyalı mütəxəssisin Səudiyyə klubundan ayrılma ehtimalı kritik həddə çatıb. Pioli həm meydanda, həm də komanda daxilində, xüsusən də Kriştiano Ronaldo ilə münasibətlərində çətinliklərlə üzləşib.
Onun işinin qiymətləndirilməsinə ilk növbədə çempionatdakı vəziyyət təsir edir. Komanda lider “Əl-İttihad”dan 10 xal, ikinci pillədəki “Əl-Hilal”dan 6 xal geri olmaqla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.