AZ

Tramp: Qlobal təhlükəsizlik naminə ABŞ Qrenlandiyaya sahib olmalıdır

“Qlobal təhlükəsizlik naminə ABŞ Qrenlandiyaya sahib olmalıdır”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, Qrenlandiya üzərində nəzarət təkcə ABŞ deyil, bütün dünya üçün sülh məsələsidir.

"Qrenlandiya boyunca hər yerdə döyüş gəmiləriniz var. Biz buna imkan verməyəcəyik. Qrenlandiyaya nəzarətimiz olmasa, böyük beynəlxalq təhlükəsizlikdən danışa bilmərik”, deyə Tramp əlavə edib.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vans və xanımı Uşa Vans Qrenlandiyaya səfər ediblər.

Seçilən
128
3
yeniazerbaycan.com

10Mənbələr