AZ

Məhkəmə Sünikin keçmiş qubernatorunun oğlu barəsində hökm çıxarıb

Ermənistanın Sünikin vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryan 4 il 3 ay azadlıqdan məhrum edilib.

7News.Az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu vəkil Vaaqn Keşişyan açıqlayıb.

Məlumata görə, 2024-cü il dekabrın sonunda o, həbsdən azad edilib. Onun barəsində həbs qərarı alternativ ehtiyat tədbiri ilə əvəz olunub.

Xaçatryan qanunsuz silah və sursat saxlamaqda, xuliqanlıqda və s. ittiham edilib. 2023-cü il iyunun 19-da avtomobil servislərindən birində mübahisə baş verib, atəş səsləri eşidilib. Atəş açan Xaçatryan, zərərçəkən isə avtomobil servisinin 46 yaşlı əməkdaşı Armen Baqdasaryan olub.
 
 
 

Seçilən
92
50
7news.az

10Mənbələr