Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə əks yola çıxaraq yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü ilə bağlı tədbir görülüb. Belə ki, sürətlə hərəkət edən 10 ZY 100 dövlət qeydiyyat nişanlı "Rənc Rover" markalı avtomobilin sürücüsü Z.İbrahimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a Daxili İşlər Nazirliyinin DİN Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, sözügedən avtomobil duracağa yerləşdirilib:
"Faktla bağlı araşdırma aparılır".
Xatırladaq ki, 10 ZY 100 dövlət qeydiyyat nişanlı, təxminən 500 min manatlıq "Rənc Rover" markalı avtomobilin sürücüsü manevrlər edərək digər hərəkət iştirakçılarına təhlükə yaradıb.