AZ

Saray körpüsündə əks istiqamətlə hərəkət edən "Range Rover" sürücüsü saxlanıldı

Bir neçə gün öncə yenidən açılan Saray körpüsündə əks hərəkət istiqamətinə çıxaraq yol hərəkəti qaydalarını kobudcasına pozan sürücü məsuliyyətə cəlb edilib.

"Unikal" xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə əks yola çıxaraq yüksək sürətlə hərəkət edən 10-ZY-100 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobil saxlanılıb.

Sürücü Z.İbrahimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Avtomobili isə duracağa yerləşdirilib.

Araşdırma aparılır.

Seçilən
45
50
unikal.az

10Mənbələr