AZ

İcraçı direktor: İki ilə yaxın dövr ərzində BTQ uğur qazanıb

"Bakı Təşəbbüs Qrupu 2 ilə yaxındır fəaliyyətə başlayıb. İki ilə yaxın dövr ərzində BTQ 20-dən çox beynəlxalq tədbir keçirib".

 

QHT.az APA -a istinadən xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov BTQ-nin təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.

 

Onun sözlərinə görə, bu gün keçirilən tədbir 25-ci tədbirdir: “Bizim hələ 2 yaşımız tamam olmayıb. Bu, başladığımız yolda bizim uğurumuzdur”.

 

A. Abbasov bildirib ki, Bakı Təşəbbüs Qrupu 2 il ərzində 6 memorandum imzalayıb və bu gün 7-ci memorandumun imzalanması gözlənilir.

 

İcraçı direktor vurğulayıb ki, bu dövr ərzində 10-dan çox hesabat hazırlanıb və beynəlxalq qurumlara təqdim edilib: ”Fərqli beynəlxalq platformalarda bəyanatlar, hesabatlarla çıxış etmiş, uğur qazanmışıq. Fransa hökumətindən fərqli olaraq, bizim hər addımımız beynəlxalq hüquq çərçivəsindədir”.

Seçilən
110
2
qht.az

3Mənbələr