AZ

Tarix Əliyev: “Vəfa Şərifovanı efirə dəvət etmişdim, mənə yazmadıqları söz qalmadı” – VİDEO

“Keçən verilişdə Vəfa Şərifovanı efirə dəvət etmişdim, mənə yazmadıqları söz qalmadı. Dedilər ki, bəsdir onu çağırdın”.

Bizim.Media xəbər verir ki, bu sözləri Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Tarixin bir günü” verilişində deyib.

O, proqrama sənətkarı dəvət etdikdə reytinqlərin aşağı olmasından şikayətlənib:

“Ondan qabaq 10 nəfər qonaq var idi studiyada: İki Xalq artisti, beş nəfər də Əməkdar artist. Niyə həmin verilişə baxmadılar? Niyə reytinq vermədi həmin buraxılış? Deyirsiniz ki, sənət göstər. Göstərdim də, muğam oxudular. Fakt faktlığında qalır. Mən ölkədə “Marsa”nın reytinq ölçmək üçün quraşdırılan 900 cihazın qurbanıyam". (Axşam.az)



Bizim.Media

Seçilən
118
33
bizim.media

10Mənbələr