Fitnes məşqçisi Kamil Zeynallıya Ermənistan tərəfindən qoyulan federal axtarış aradan qaldırılıb.
İdmançı bundan sonra xaricə gedə biləcək. Bu haqda Kamil "Tarixin bir günü" verilişində danışıb:
"Bu yaxınlarda səfirlikdən mənə zəng gəldi ki, təbrik edirik, düşmənlər tərəfindən qoyulan axtarış üzərindən götürülüb. Bunu dövlətimiz edib. Tək mən yox, bir neçə şəxsin üzərində olan axtarış aradan qaldırılıb".
Qeyd edək ki, Moskvada hava limanında saxlanılan fitnes məşqçisi Kamil Zeynallı 7-8 saat sonra sərbəst buraxılıb və Bakıya qayıdıb.
Ermənistan Respublikası onu ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham edib.
Ermənistan dövləti Kamil Zeynallını federal axtarışa verib. Müharibə başlayandan 2 gün sonra K. Zeynallı Azərbaycan ordusunun işğaldan azad etdiyi yerlərdə olub və evlərə daxil olub. Oradan video çəkərək paylaşıb və Ermənistan dövləti həmin vaxt elə düşünürdü və dünyaya belə çatdırmaq istəyirdi ki, bu ərazilər, harada ki müharibə gedir və orada Kamil Zeynallı olub, guya həmin yerlər Ermənistan dövlətinin ərazisidir və orada gedən döyüşlər, keçirilən əməliyyatlar qanunsuzdur. Və Kamil Zeynallının da orada qanunsuz olmasını, onun muzdlu döyüşçü kimi iştirak etməsini qələmə vermişdilər. Kamili adam öldürmək, zorlamaq kimi ağıllarına gələn maddələr üzrə ittiham ediblər. (Axşam.az)