AZ

Sabirabadda həmyerlisini bıçaqlayan şəxs tutuldu

Sabirabad rayonunda həmyerliləri arasında mübahisə bıçaqlanma hadisəsi ilə nəticələnib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, martın 28-də saat 21 radələrində Sabirabad rayon sakini M.Cabbarov aralarında yaranmış mübahisə zəminində tanışı E.Ramazanova kəsici-deşici alətlə xəsarət yetirib.

M.Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

E.Ramazanov Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək lazımi tibbi yardım göstərilib və həkim nəzarətinə götürülüb.

Seçilən
178
20
unikal.az

10Mənbələr