AZ

ABŞ USAID-in əməkdaşlarını sentyabrın sonuna qədər ixtisar edəcək


ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) bütün əməkdaşları sentyabrın 30-dək ixtisar olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi Konqresdəki mənbələrinə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, USAID-in bütün xaricdəki nümayəndəlikləri 2025-ci maliyyə ilində bağlanacaq (ölkədə maliyyə ili sentyabrın 30-da başa çatır).
Digər tərəfdən, ABŞ dövlət katibi Marko Rubio iyulun 1-dək USAİD-in bəzi funksiyalarının Dövlət Departamentinə veriləcəyini və administrasiyanın prioritetlərinə uyğun gəlməyən digər funksiyaların dayandırılacağını bildirib.
Qeyd edək ki, fevralın əvvəlində ABŞ Prezidenti Donald Tramp beynəlxalq təşkilatların maliyyələşdirilməsinə əhəmiyyətli məbləğdə vəsait ayıran USAID-in fəaliyyətini dayandırıb.
Daha sonra Amerika administrasiyası agentlik və Dövlət Departamentinin xarici yardım müqavilələrinin 92%-ni ləğv etmək niyyətində olduğunu bəyan edib ki, bu da dövlət büdcəsinə təxminən 60 milyard dollar qənaət etməyə imkan verir.
Seçilən
104
11
yeniavaz.com

10Mənbələr