“Milan”ın yeni hücumçusu Santyaqo Ximenez maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, həyat yoldaşı Fernanda Serrano ilə “Call of Duty” video oyunu vasitəsilə tanış olduğunu açıqlayıb.
Onlar onlayn əlaqə saxlayıblar və sonra meksikalı futbolçu görüşməyi təklif edib. Sonradan onların bir-birindən cəmi beş ev aralıda yaşadıqları məlum olub.
Hər ikisi skeytbord sürməyi xoşlayır. Bu, onların münasibətlərinin başlamasına səbəb olub.