Uzun müddət Salyan Rayon Mərkəzi Xəstəxanasında çalışmış uroloq-həkim Məmmədağa Məmmədov dünyasını dəyişib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, o, bu gün Bakı şəhərindəki klinikalardan birində vəfat edib.
Qeyd edək ki, mərhumun gəlini Svetlana Məmmədova da 3 gün əvvəl uzun sürən xəstəlikdən sonra 48 yaşında dünyasını dəyişib. S.Məmmədova Salyan Rayon Mərkəzi Xəstəxanasının Baş Tibb bacısı vəzifəsində çalışıb.