AZ

Ərdoğan İlham Əliyevi təbrik etdi » AzadMedia.az


Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli Prezident, Əziz Qardaşım.

Zati-alinizin Ramazan bayramını səmimi-qəlbdən təbrik edirəm.

İslam aləminə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsini arzu etdiyim mübarək bayramımız münasibətilə Cənabi-Haqqdan həmrəyliyimizi və birliyimizi gücləndirməsini diləyirəm.

Xalqım adından və öz adımdan Zati-alinizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə xoş günlər və rifah arzulayıram”.
Seçilən
24
49
azadmedia.az

10Mənbələr