AZ

"Bavariya" Manuel Noyerin yerinə "Brayton"un qolkiperini transfer edəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bavariya" Noyer üçün mümkün əvəzedici kimi İngiltərə Premyer Liqasından qapıçı transfer etməyə hazırdır.
Oxu.Az xəbər verir ki, Almaniya təmsilçisi "Brayton"un qapıçısı Bart Ferbrüggeni transfer etmək üçün qarşı tərəfə 60 milyon funt təklif etməyə hazırlaşır. Münhen klubu 22 yaşlı qapıçını 38 yaşlı Manuel Noyer üçün uzunmüddətli əvəzedici kimi görür.
Qeyd edək ki, cari mövsümdə Bart Ferbrüggen bütün turnirlərdə 30 oyunda iştirak edib və onlardan 7-də qapısını toxunulmaz saxlayıb. Niderlandlı qolkiperin "Brayton"la hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri €25 milyon təşkil edir.
Anar Həsənov
Seçilən
62
50
oxu.az

10Mənbələr