Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, günün ikinci matçında "Sabah" "Sumqayıt"ın qonağı olub.
Qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.
Meydan sahiblərini heyətində 18-ci dəqiqədə Ronaldo Vaskez, 46-cı dəqiqədə Bobir Abdixolikov, 88-ci dəqiqədə Momo Yansane fərqlənib.
Qonaqların qollarını 6-cı və 71-ci dəqiqələrdə Umarali Raxmonaliyev, 77-ci dəqiqədə Tellur Mütəllimov vurub.