1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dorival Juniorun Braziliya millisinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılmasından sonra yerli futbol konfederasiyası (CBF) bu posta əcnəbi mütəxəssis təyin etmək istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə UOL məlumat yayıb.
Mənbənin məlumatına görə, CBF aşağıdakı namizədləri nəzərdən keçirir: "Real"a başçılıq edən Karlo Ançelotti, "Mançester Siti"nin məşqçisi Xosep Qvardiola və "Əl-Hilal"la işləyən Jorje Jezuş.
CBF-in prezidenti Ednaldo Rodriqes Ançelottinin namizədliyini dəstəkləyir. Bununla belə, Qvardiolanın milli komandaya rəhbərlik etməyə açıq olduğu və Braziliyaya xüsusi sevgisi olduğu vurğulanır.
Xatırladaq ki, Dorival Junior 2024-cü ilin yanvarından Braziliya millisi ilə işləyib. 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 14 turundan sonra beşqat çempionlar dördüncü yerdədir.