AZ

Makronun Mərkəzi Asiya planı: Yeni güc balansı formalaşır

Fransa Özbəkistanla əməkdaşlığını dərinləşdirərək Çin və Rusiyaya qarşı yeni strateji mövqe qurmağa çalışır. Uran, müdafiə və infrastruktur layihələri sahəsində təsirini artırmaq istəyən Paris, eyni zamanda, alternativ ticarət yolları yaratmağı da hədəfləyir.

KONKRET.az axar.az-a istinadla xəbər verir ki, bunu türkiyəli yazar Mərd İnan bildirib.

“Fransa Prezidenti Emmanuel Makronun Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə ötən həftə Parisdə keçirdiyi görüş və imzalanan strateji əməkdaşlıq sazişi bu prosesə yeni təkan verib.

2018-ci ildə Mirziyayevin Fransaya səfəri ilə başlayan yaxınlaşma Makronun 2023-cü ildə Özbəkistana etdiyi səfərlə yeni mərhələyə qədəm qoyub. Makronun bu strateji manevrinin Asiyada güc balansını dəyişdirə biləcəyi bildirilir. Fransa Yaxın Şərqdə Livan və Suriya üzərindən təsir dairəsini genişləndirməyə çalışdığı kimi, Avrasiya və Orta Asiyada da yeni mövqe qazanmaq istəyir. Bu inkişafın bölgədə yeni gərginliklərə səbəb ola biləcəyi ehtimal edilir”, – yazar qeyd edib.

Seçilən
40
4
konkret.az

10Mənbələr