Böyük Britaniya kralı III Çarlz xərçəng xəstəliyi səbəbilə xəstəxanaya yerləşdirilməsindən sonra ilk bəyanatını verib.
Oxu.Az xəbər verdir ki, Bukingem sarayının mətbuat xidməti Myanmada zəlzələ baş verdikdən sonra kralın ölkə sakinlərinə müraciətini "Instagram" sosial şəbəkəsində yayıb.
"Mən və həyat yoldaşım Myanmada baş vermiş dağıdıcı zəlzələ xəbəri ilə şok olmuş və kədərlənmişik. Bu fəlakət yaşayış evlərinə, binalara və gündəlik həyata dəhşətli ziyan vurub, müqəddəs məbədlərin və digər ibadət yerlərinin dağıntılarından isə heç danışmırıq. Bilirəm ki, Myanma xalqı hələ də çətinliklər və faciələrlə üzləşir. Mən sizin fövqəladə dözümlülüyünüzə və ruhunuzun gücüтə heyranam", - deyə Britaniya monarxı bəyan edib.
Kral, həmçinin zəlzələdə həlak olanların yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, 28 mart tarixində Myanmada maqnitudası 7.7-ə çatan bir neçə güclü zəlzələ baş verib.