Bərdədə zəncirvari yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Bərdə şəhərinin Ağdam istiqamətinə çıxış hissəsində baş verib. Belə ki, "Mercedes" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub. Daha sonra maşınlardan biri "Mercedes Vito" markalı mikroavtobusa çırpılıb. Hadisə zamanı avtomobillər ciddi zərər görüb, iki nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov