AZ

Ukrayna ordusu ABŞ-ın icazəsi olmadan Kursk vilayətinə girdi – Vaşinqton fakt qarşısında

Ukrayna Silahlı Qüvvələri ABŞ istehsalı olan texnika ilə Rusiyanın Kursk vilayətinə daxil olub.

Musavat.com-un məlumatına görə "The New York Times" yazır ki, bu addım Vaşinqtonun razılığı olmadan atılıb.

Məqalədə qeyd edilir ki, Pentaqon baş verənlərə baxmayaraq, Ukraynaya dəstəyi davam etdirmək qərarına gəlib. ABŞ rəsmiləri Ukrayna qüvvələrinin yardım olmadan zəifləyə biləcəyindən ehtiyatlanaraq Kiyevə hərbi yardımı dayandırmamağı seçiblər.

Ekspertlər bildirilər ki, bu hadisə ABŞ-la Ukrayna arasında koordinasiya məsələsində ciddi suallar doğurur və müharibənin nəzarətdən çıxma riskini artırır.

Musavat.com

Seçilən
47
10
musavat.com

10Mənbələr