AZ

Şuşada bayram namazı qılındı


İşğaldan azad olunmuş Şuşa şəhərində Ramazan ayının başa çatması münasibətilə bayram namazı qılınıb.

News24.az xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında ötən illərdəkindən fərqli olaraq Şuşaya köçmüş sakinlər də iştirak ediblər.

Bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.

Seçilən
126
18
news24.az

10Mənbələr